Azərbaycanlıların adı Xarkov küçələrində - VİDEO
Xarkov nəinki Ukraynada, bəlkə də bütün Avropada yeganə şəhərdir ki, burada Azərbaycanla bağlı adları beş küçə, üç heykəl və parklar daşıyır.
Bunlardan biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlidir. Yeri gəlmişkən, dahi şairin heykəli burada ötən ilin avqustunda ucaldılıb. Nizami Gəncəvinin heykəlinin ucaldıldığı park da şairin adını daşıyır.
Ukraynanın şimal-şərqində, Rusiya ilə sərhəddəki Xarkov şəhərində Azərbaycanla bağlı abidələr bununla bitmir. Belə ki, şəhərin mərkəzi hissələrindən birində İkinci Dünya müharibəsi zamanı Xarkov uğrunda həlak olmuş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərovun da adına böyük bir park salınıb, monument ucaldılıb. Şəhərdə həmçinin azərbaycanlı ədib, tarixi siyasi xadim Mirzə Fətəli Axundovun da “Mütəfəkkirlər parkı”nda abidəsi ucaldılıb. Yəni “Mütəfəkkirlər parkı”nın mərkəzində üç filosofun - Qriqori Skovoroda, Abay Kunanbayev və Mirzə Fətəli Axundovun birgə abidə kompleksi ucaldılıb. Abidə kompleksinin müəllifi də mərhum azərbaycanlı heykəltəraş, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdur.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...