Azərbaycanlı yazarın romanı ABŞ-da birinci yeri tutub - FOTO
Azərbaycanlı yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlunun qələmə aldığı ˝Relslər üzərinə uzanmış adam˝ romanı Amerikanın “Readers Favorite” beynəlxalq kitab müsabiqəsində birinci yerə çıxaraq qızıl medalla təltif olunub.
BAKU.WS xəbər verir ki, müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD) beynəlxalq yarışmadır.
Nəticələr Amerikanın nəhəng nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 250 000 abunəçiyə çatdırır.
Məlumat həmçinin yeniliklərə abunə olmuş 35 000 jurnalistə (buraya “Assosiated Press”, 3 milyon tirajla buraxılan “US Today” kimi aparıcı mətbuat orqanları da daxildir), Yahoo, Google kimi axtarış saytlarına, Facebook və Twitter sosial şəbəkələrinə də göndərilir. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.
Rövşən Abdullaoğlu BAKU.WS-ə açıqlamasında bildirib ki, medalla təltif olunma mərasimi pandemiyaya görə 2021-ci ilin sentyabrına qədər təxirə salınıb: "Gələn il Mayamiyə təltif olunma mərasiminə dəvət almışam. Məni dəstəkləyən, uğurlarımıza sevinən bütün dostlara təşəkkürümü bildirirəm. Bu yarışda qalib olmuş ilk azərbaycanlı yazıçı olmaq böyük şərəfdir. Vətənimin adını duyurmaqdan, həqiqətən, böyük qürur duyuram. Bu da qalibiyyət sertifikatımız".
Oxşar xəbərlər
Bu gün Müslüm Maqomayevin doğum günüdür
Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi cahanşümul sənətkara şamil etmək olmaz. Çünki on...