Azərbaycanəsilli şair Yavuz Bülent Bakiler vəfat edib
28
sen
2025
16:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ədəbiyyatının tanınmış simalarından biri, azərbaycanəsilli şair və yazıçı Yavuz Bülent Bakiler 89 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Yavuz Bülent Bakiler 1936-cı il aprelin 23-də Sivas şəhərində anadan olub. Onun ailəsi əsrlər əvvəl Qarabağdan Sivasa köç edib.
Bakiler "Qarabağ həsrəti", "Azərbaycan ürəyimdə bir şah damardır", "Azərbaycan" və digər məşhur şeirlərin müəllifidir.
Onun yaradıcılığı həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...