Azərbaycanda teatrların açılması müzakirə olunur - RƏSMİ AÇIQLAMA

"Teatrların fəaliyyətini ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr olunur".
BAKU.WS xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Bildiyimiz kimi bu haqda qərarlar Operativ Qərargah tərəfindən verilir və hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də diqqətdə saxlanılır.
Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası da nəzərə alınır. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir", - A.Kərimov bildirib.
Oxşar xəbərlər
Qənirə Paşayeva Gədəbəydə ağır vəziyyətdə olan abidələrlə bağlı Baş Nazirə müraciət edib - FOTO
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Gədəbəyin ağır vəziyyətdə olan qədim tarixi və mədəniyyət abidələri ilə bağlı Baş Nazir...
