Arif Quliyevin qızı: “Atamın o halını görəndə ürəyimiz partladı”
Yeniliklərdən dərhal xəbərdar olun
Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.
BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, “Bizimləsən” proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:
“Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır”.
G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən “Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik”, - sözlərini deyib.
Oxşar xəbərlər
Həsən Turabovun qızı: “Ona dedim, atamı sən öldürmüsən” - MÜSAHİBƏ
Bu gün Xalq artisti Həsən Turabovun doğum günüdür. BAKU.WS xəbər verir ki, "kulis.az" bu münasibətlə “Atamın xatirəsi” layihəsində Həsən Turabovun qızı Sevinc...