Arif Babayevin yerinə bu vəzifəyə Mənsum İbrahimov təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunub. Bu barədə sənətçinin sosial şəbəkə hesabında paylaşımlar edilib. Məlumatı dəqiqləşdirmək üçün muğam ifaçısının özü ilə əlaqə saxladııq.
Sənətçi BAKU.WS-ə açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, sözügedən vəzifəyə bu ayın 5-də təyin edilib:
"Bu etimadı mənə göstərdiyi üçün Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə təşəkkür edirəm. Ölkəmizin bütün istedadlı muğam ifaçıları Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Bu etimada görə dönə-dönə təşəkür edirem. Biz muğam ustadlarımız ilə birlikdə əl-ələ verib çalışacağıq ki, konservatoriyada tədris daha yüksək keyfiyyətdə aparılsın”.
Xatırladaq ki, Mənsum İbrahimovdan əvvəl Muğam kafedrasının müdiri vəzifəsini Xalq artisti Arif Babayev icra edib.
Oxşar xəbərlər
VI Beynəlxalq Muğam Festivalı başlayır - FOTO
Bu gün Azərbaycanda “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başlayır. BAKU.WS xəbər verir ki, iyunun 18-dən 25-dək davam edəcək “Muğam aləmi” VI Beynəlxalq...