Arif Babayevə Azərbaycan Prezidentinin fəxri diplomu təqdim edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.
Nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.
Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.
Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. BAKU.WS xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür. Tofiq Ələkbər oğlu Quliyev 191...