Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq".
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov paylaşım edib:
"Filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edildi.
Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram!
Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı.
Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik.
Premyera bu ilin payızında nəzərdə tutulub.
Filmin treyleri növbəti paylaşımımızda təqdim olunacaq.
Ümid edirik ki, bəyənəcəksiniz!"
Oxşar xəbərlər
"44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü
Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. BAKU.W...