Anar: "30 ildən sonra ilk dəfə Türkiyəyə başı dik gəldim"

Anar: 30 ildən sonra ilk dəfə Türkiyəyə başı dik gəldim
Mədəniyyət 237

Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən bu il ikinci dəfə təşkil edilən və Türkiyənin qabaqcıl nəşriyyatları, ikinci əl kitab satıcılarının da iştirakı ilə kitab yarmarkası başlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qarabağ zəfəri münasibəti ilə dost və qardaş Azərbaycan bu il qonaq ölkə kimi müəyyən edilib. Yarmarkanın fəxri qonaqları arasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da olub. Həmçinin Əhməd Mümtaz Taylan, Ərcan Kəsal, Bəkir Dəvəli, Buket Uzunər, Nurullah Gənc, İlber Ortaylı, İsmayıl Qara kimi məşhur türk yazıçıları da öz oxucuları ilə görüşüblər.

“Türkiyədə çox olmuşam. 30 ildə ilk dəfə Türkiyəyə başı dik gəldim. Çünki Azərbaycan xalqı Türkiyənin mənəvi dəstəyi ilə böyük tarixi zəfər qazanıb. Bütün torpaqlarımız azaddır. Sizi azad Azərbaycana dəvət etməkdən qürur duyuram”, - deyə Anar bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər