Baş nazir Novruz Məmmədov “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın təsdiq edilməsilə ilə bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb. 

BAKU.WS  əsərləri dövlət varidatı elan edilən müəlliflərin və filmlərin siyahısını təqdim edir: 

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

1. Qətran Təbrizi

2. Məhsəti Gəncəvi

3. Əfzələddin Xaqani

4. Nizami Gəncəvi

5. Qazi Bürhanəddin

6. İmadəddin Nəsimi

7. Aşıq Qurbani

8. Şah İsmayıl Xətai

9. Məhəmməd Füzuli

10. Aşıq Abbas Tufarqanlı

11. Molla Pənah Vaqif

12. Molla Vəli Vidadi

13. Qasım bəy Zakir

14. Mirzə Fətəli Axundzadə

15. Həsən bəy Zərdabi

16. Seyid Əzim Şirvani

17. Xurşidbanu Natəvan

18. Mirzə Ələkbər Sabir

19. Nəcəf bəy Vəzirov

20. Aşıq Ələsgər

21. Cəlil Məmmədquluzadə

22. Əbdürrəhim bəy Haqverdiyev

23. Cəfər Cabbarlı

24. Əhməd Cavad

25. Mikayıl Müşfiq

26. Əhməd bəy Ağayev

27. Əli bəy Hüseynzadə

28. Nəriman Nərimanov

29. Məmməd Səid Ordubadi

30. Hüseyn Cavid

31. Əzim Əzimzadə

32. Yusif Vəzir Çəmənzəminli

33. Üzeyir Hacıbəyov

34. Səməd Vurğun

35. Əliağa Vahid


Dövlət varidatı elan edilən filmlər:

1. “Sevil ” (1929-cu ildə çəkilmişdir)

2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir)

3. “İsmət”(1934-cü ildə çəkilmişdir)

4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir)

5. “Almaz”(1936-cı ildə çəkilmişdir)

6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir)

7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir)

8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir)

10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir)

11. “Görüş” (1955-ci ildə çəkilmişdir).
BAKU.WS