Məhkəməlik oldular
Türkiyənin "Tims&B" şirkətinin istehsalı olan və baş rollarını Çağatay Ulusoyla Demet Özdemirin paylaşdığı "Eşref Rüya" serialı məhkəməlik olub.
BAKU.WS-in məlumatına görə, məşhur yazıçı Murat Menteş serialın ssenarisində özünə məxsus ideya və elementlərin icazəsiz şəkildə istifadə olunduğunu iddia edib.
Onun sözlərinə görə, bu yay çəkilişlərinə start verilən və baş rollarında Barış Arduç və Tuba Büyüküstünün çəkildiyi "Dehşet Bey" adlı filmdən bir sıra səhnələr "Eşref Rüya" serialına köçürülüb.
Menteş bildirib ki, "Dehşet Bey" filminin orijinal ssenarisi onun müəllifliyinə məxsusdur və bu əsərin serialda icazəsiz şəkildə uyğunlaşdırılması müəllif hüquqlarının pozulması anlamına gəlir. Bu səbəbdən yazıçı "Tims&B" şirkətinə və layihənin ssenari müəllifi Ethem Özışıka qarşı hüquqi prosedura başladığını açıqlayıb.
Hazırda məsələ ilə bağlı hüquqi proseslər davam edir və qarşı tərəfdən hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz?"
Ötən gün məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub. Lakin aktyor işləri səbəbindən but toya qatıla bilməyib və bacısını bu xoş gün münasib...