Bu müəlliflərin əsərləri və 11 film dövlət varidatı elan olundu - SİYAHI

Bu müəlliflərin əsərləri və 11 film dövlət varidatı elan olundu - SİYAHI
Mədəniyyət 1017
Baş nazir Novruz Məmmədov “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın təsdiq edilməsilə ilə bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb. BAKU.WS əsərləri dövlət varidatı elan edilən müəlliflərin və filmlərin siyahısını təqdim edir: Əsərləri dövlət varidatı elan edilən müəlliflər:1. Qətran Təbrizi2. Məhsəti Gəncəvi3. Əfzələddin Xaqani4. Nizami Gəncəvi5. Qazi Bürhanəddin6. İmadəddin Nəsimi7. Aşıq Qurbani8. Şah İsmayıl Xətai9. Məhəmməd Füzuli10. Aşıq Abbas Tufarqanlı11. Molla Pənah Vaqif12. Molla Vəli Vidadi13. Qasım bəy Zakir14. Mirzə Fətəli Axundzadə15. Həsən bəy Zərdabi16. Seyid Əzim Şirvani17. Xurşidbanu Natəvan18. Mirzə Ələkbər Sabir19. Nəcəf bəy Vəzirov20. Aşıq Ələsgər21. Cəlil Məmmədquluzadə22. Əbdürrəhim bəy Haqverdiyev23. Cəfər Cabbarlı24. Əhməd Cavad25. Mikayıl Müşfiq26. Əhməd bəy Ağayev27. Əli bəy Hüseynzadə28. Nəriman Nərimanov29. Məmməd Səid Ordubadi30. Hüseyn Cavid31. Əzim Əzimzadə32. Yusif Vəzir Çəmənzəminli33. Üzeyir Hacıbəyov34. Səməd Vurğun35. Əliağa VahidDövlət varidatı elan edilən filmlər:1. “Sevil ” (1929-cu ildə çəkilmişdir)2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir)3. “İsmət”(1934-cü ildə çəkilmişdir)4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir)5. “Almaz”(1936-cı ildə çəkilmişdir)6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir)7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir)8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir)10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir)11. “Görüş” (1955-ci ildə çəkilmişdir).

Oxşar xəbərlər

Son xəbərlər