4 minə satılan Leyli... - Əməkdar artistdən növbəti qalmaqallı AÇIQLAMA - VİDEO
28
okt
2019
16:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edən əməkdar artist Nigar Şabanova ortaya daha bir qalmaqallı açıqlama verib.BAKU.WS xəbər verir ki, Şabanova Xalq artisti Gülyanaq Məmmədovanın Leyli obrazını pulla aldığını deyib.“Hər şey daxil” proqramına telefonla bağlanaraq xanəndə teatrın Toma adlı işçisinin ona vəd verdiyini iddia edib:"Toma xanım mənə dedi ki, Gülyanaq xanım da "kommersiçeski" oynayıb. Yəni Leyli obrazını oynamaq üçün opul ödəyib. Gülyanaq xanımın sənət stajı qədər mənim yaşım yoxdur, ikincisi onun qazandığının yarıbayarısını qazanmıram. Mənim yaşım da o yaş deyil ki, hər dəfə 4-5 min verib Leyli obrazını oynayıb". Verilişdə qonaq olan Gülyaz Məmmədova onun söylədiklərini təkzib edib:"Gülyanaq xanım Leyli obrazını yaratmaq istəyini teatrının rəhbərliyinə bildirdi və onun bu istəyi müsbət qarşılandı. Pul söhbəti olmayıb".Qeyd edək ki, N. Şabanova bir müddət əvvəl ondan “Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün 4 min manat və teatrın kassasına min manat pul ödəməsi tələb edildiyini bildirmişdi.Teatrın mətbuat xidməti isə ittihamları təkzib edərək Nigar Şabanovaya şans verildiyini, lakin çıxışının uğursuz alındığını və bu səbəbdən də əməkdaşlığın baş tutmadığını qeyd edib.Xatırladaq ki, Xalq artisti Gülyanaq Məmmədova Opera Balet Teatrının səhnəsində Leyli rolunu 2015-ci ildə yaradıb. Onun tərəf müqabili xalq artisti Mənsum İbrahimov olub.
Oxşar xəbərlər
Əməkdar artistdən ŞOK AÇIQLAMA: "Leyli obrazı üçün məndən 5 min manat rüşvət istədilər" - VİDEO
Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib.BAKU.WS xəbər verir ki, Tolik "Hər şe...