Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb
07
yan
2024
22:22
Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.
Bu barədə "Report"a sənətçinin yaxınları bildirib.
Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib.
Oxşar xəbərlər
Aygün Bəyləri xalqa sevdirən mahnıları - Qızı ilə dueti, İbrahim Tatlıseslə ifası - VİDEO
Əməkdar artist Aygün Bəylər ötən gecə Türkiyənin Ankara şəhərində dünyasını dəyişib. Ömrünün 48-ci baharında həyatla vidalaşan sənətçi sevilən ifaları ilə hər z...