“Nine Senses” incəsənət mərkəzi fəaliyyətə başladı - FOTO/VİDEO
Hər birimizin daxilində, əsasən uşaqlıq yaşlarımızda, inkişaf dövrümüzdə özünü göstərməyə başlayan yaradıcılıq qığılcımı, kreativ potensial yaşayır. Amma yaşa dolduqca da ilham alaraq yaratmağa, incəsənətə və özünüifadəyə yer axtarmağa başlayır. Bunun üçün isə artıq Bakıda xüsusi məkan var.
“Nine Senses” yaradıcılıq və özünüinkişaf üçün nəzərdə tutulmuş yeni sənət mərkəzidir. Sənət mərkəzinin məqsədi müxtəlif yaşlarda və fərqli peşələrə sahib incəsənət həvəskarları üçün rahat və harmoniya ilə iç-içə olan məkanın yaradılmasıdır. “İçindəki sənətkarı oyat” sloqanı əslində sənət mərkəzinin ab-havasını əks etdirir, çünki burada öz hisslərini üzə çıxara, daxilindəki uşağa sərbəstlik verə, özünü ifadə edə bilərsən.
Sənət mərkəzinin proqramına müxtəlif tədris kursları, əyləncəli tədbirlər, özünüifadə və özünüinkişaf fəaliyyətləri daxildir: təsviri incəsənət, meditasiya, neyroqrafika, animasiya, vokal və natiqlik sənəti, kino və musiqi. Sənət mərkəzinin fəaliyyəti çərçivəsində müntəzəm sərgilər və teatr proqramları, yerli və əcnəbi rəssamlar ilə art rezidensiyalar, uşaqlar üçün yay yaradıcılıq düşərgəsinin təşkili nəzərdə tutulub.
Burada sizi ən yaxşı müəllim, rəssam, mütəxəssis və mənəvi mentorlardan ibarət heyət gözləyir. Onların arasında bəstəkar Azad Vəliyev, rəssam Ramina Səadətxan, heykəltaraş Rəșad Ələkbərov, multimedia rəssamı Leyla Qabulova, teatr və kino rejissoru Emin Mirabdullayev, pantomima aktyoru və rejissoru Elman Rəfiyev, arxitektor Elçin Əliyev, ölkəmizin ilk 3D cizgi filminin hazırlanmasının iştirakçısı olan Rəșad Əfəndiyev, səs terapiyası və vokal yoqa mütəxəssisi İlhamə Babayeva, “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkətinin təsisçisi Nigar Sultanova da var.
Sənət mərkəzinin yerləşdiyi binanın görkəmi də xüsusi maraq cəlb edən məqamlardandır. Binanın layihəsi spiral formada hazırlanıb, bu isə hamarlıq və açıqlığa bir işarədir. Məkanın mərkəzində davamlı olaraq günəş işığını qəbul edən atrium yerləşir, binanın daxilində isə düzbucağa rast gəlinmir.
“Nine Senses” paytaxt mərkəzindən 30 dəqiqəlik məsafədə, Xəzər dənizinin sahilində, “Sea Breeze” ərazisində yerləşən “LANDAU School” korpusunun yaxınlığında yerləşir. Məkan rahat sinif otaqları, ekspozisiya sahələri, nümayiş və çıxış meydançaları ilə təchiz edilmişdir. “Vida” vegetarian restoranında isə görüşlər təyin edə, dəniz mənzərəsinin müşayiəti ilə nahar edə, məşğələlərə fasilə edib qəlyanaltı edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nardaran qəsəbəsi, dalan 31, Sea Breeze kompleksi, “LANDAU School”un yaxınlığı.
Telefon: (055) 255 54 12
“Instagram”: 9senses_azerbaijan
“Facebook”: 9senses
Qalereya
Oxşar xəbərlər
Azərbaycanca danışan “özgələr”: “Gənclərimiz öz dillərində texnoloji filmlər tapa bilmirlər” - MÜSAHİBƏ + FOTO
“Filmlər baza kimi ən azı hansısa internet portalında toplanmalıdır. Bizim gənclərimiz öz dillərində texnoloji filmlər tapa bilmirlər, sonra da “İnternet resurs...