AzTV “Hicran” tamaşasını HD formatında yayımlayacaq - VİDEO

Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.
BAKU.WS xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.
TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası həyata keçirilib. Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.
Qeyd edək ki, QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə başlayacaq. Tamaşanın SD və HD formatında kiçik parçalarını müqayisəli formada aşağıdakı videoda izləyə bilərsiniz.
Oxşar xəbərlər
Tbilisidə Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib - FOTO
Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı kitabında yer alan şeirləri əsasın...
