SİZİN REKLAM BURADA!
055 213 76 73


Niyə mənim çəkildiyim filmləri gizlədirlər?

BAKU.WS xəbər verir ki, bu sözləri “lent.az”a açıqlamasında Xalq artisti Lətifə Əliyeva deyib.

Lətifə xanım seriala, filmlərə çəkilməkdə ona mane olduqlarını deyir:

"Qoymadılar, ürəyim istəyən rolları oynayım, özləri oynadılar. Rejissor var, bir aktrisanı 11 filmə çəkir, amma məni bir filmə də çəkmədi".

Xalq artisti Lətifə Əliyeva açıqlamasında yolunu kəsənləri, mane olanları Allaha tapşırdığını bildirir:

"Mənə yaxşılıq edənin də qarşısına yaxşı adamlar çıxsın".

76 yaşlı aktrisa 52 yaşında xəstə oğluna qulluq etdiyini qeyd edir:

"Oğlum 1992-ci ildə Kəlbəcərdə könüllü döyüşüb. Ayağı tankın altında qalıb, əsəbləri gərgindir. O da mənə qarşı olan bu münasibətə hirslənir. Onu sakitləşdirmək üçün sənətdə belə hadisələrin çox olduğunu deyirəm. Axı mən o filmlərə çəkiləndə əziyyət çəkmişəm".

BAKU.WS