“Maşın” şouda bir neçə gündür aparıcılar Ranar Musayevlə Xəyalə Quliyeva arasında davam edən mübarizə bitib.

BAKU.WS-in məlumatına görə, "Hind kinosu" adlanan 17-ci sürətin qalibi artıq bəllidir.

Sosial mediada 17-ci sürətin qalibinin Xəyalə Quliyeva olduğu barədə məlumatlar yayılıb. Məlumatlara əsasən, finalçılar arasında baş verən mübahisə zamanı Ranar Musayev əsəbiləşərək əlini maşından çəkib.

Layihənin rəhbəri, xalq artisti Murad Dadaşov da qalibin bəlli olduğunu bildirib. Amma Dadaşov onun adını açıqlamayıb.

O,  İnstagram hesabında bu barədə məlumat paylaşıb.

“Qalibimiz var. Sizcə kimdir?” - deyə Dadaşov qeyd edib. Avtomobilin sahibinin adı bu gün saat 22:00-da canlı yayımda açıqlanacaq.

17-ci sürətin qalibi Xəyalə olub. Ranar Musayevin əlini maşından çəkməsinə səbəb isə Xəyalənin ona göstərdiyi psixoloji təsir olub.

BAKU.WS