SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti başa çatdı.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi “Xanımlar və Cənablar-2” adlı şounun qalibinin adı açıqlanıb.

Maşın uğrunda mübarizənin ikinci final gecəsi, səhərə yaxın iştirakçılardan biri - Hüseyn Əzizoğlu Roza Zərgərli ilə mübahisədən sonra əlini maşından çəkib. Hüseyn Əzizoğlu Roza Zərgərlinin fiziki və mənəvi təzyiqi ilə əlini maşından çəkdiyini bildirib: "Əlinə nə gəldi atırdı mənə".

Amma Murad Dadaşov qeyd edib ki, Roza ona təzyiq göstərən zaman Hüseyn əlini maşından çəkməyib, ona görə də məlum ifadəni onun üçün səsləndirib: "Maşın əldən getdi".

Qırımızı "Nissan Kicks"in açarları isə Roza Zərgərliyə təqdim edildi.

Beləliklə də "Maşın"ın 16-cı sürətinin qalibi Roza Zərgərli oldu.

Amma Roza Zərgərli açarları Murad Dadaşova təqdim edərək bura maşın üçün deyil, oyun göstərmək üçün gəldiyini bildirib. O, maşının hansısa bir xeyriyyə işinə sərf edilməsini və ya kimə isə hədiyyə olunmasını Murad Dadaşovdan xahiş edib.

"Mən iki dəfə burada məğlub olub getmişəm. Amma mən sübut etdim ki, güclüyəm. Mən burada dostlarıma da bildirmişdim ki, qalib olsam da bu maşını götürməyəcəm. Bunu bilə-bilə mənə inanmadıqlarına görə əsəbləşirdim. İndi isə sübut elədim ki, mən doğru deyirdim", - deyə Roza əlavə edib. 

Murad Dadaşov şounun qalibinin bir daha Roza Zərgərli olduğunu elan edərək ilk dəfədi "Maşın"da belə bir hadisə yaşandığını bildirib. 

Maşının taleyinə gəlincə, o, bu barədə mətbuata açıqlama verəcəyini bildirib.

BAKU.WS