Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Maşın uğrunda mübarizədə bu gün ilk final gecəsi başlayıb. Qaydalara əsasən, əlini ilk götürən uduzmuş hesab olunacaq. Bundan başqa iştirakçılar iki saat əlini dəyişməyəcəklər.  

Finala çıxan iştirakçılar Hüseyn Əzizoğlu (video blogger), Uran (reper) və Roza Zərgərlidir (müğənni).

Şouda ilk reklam fasiləsindən sonra canlı efirdə problem yarandığından bir saatdan çox efir dayandırılıb. Buna görə də, televiziya tamaşçaçıları şouda nə baş verdiyindən xəbərsiz olublar. 

Hətta sosial şəbəkələrdə Uranın əlini maşından götürdüyü barədə məlumatlar da yayılıb.

Texniki problem aradan qaldırıldıqdan sonra Murad Dadaşov şounun 3 iştirakçı ilə davam etdiyini bildirib və bir neçə saatlıq fasilədən sonra hər üç iştirakçının yenidən maşının ətrafına dönəcəyi və fasiləsiz olaraq mübarizəyə başlayacaqlarını bildirib. Sabah eyni vaxtda, saat 22:15-də isə yenidən canlı efirdə olacaqlarını deyib.

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva Aytənlə, Ruhəngiz Musəvi Roza Zərgərli ilə Əli Mirəliyev, Rahidə Baxışova isə Pərvinlə mübarizədən məğlub ayrılıb. Ötən gecə isə Roza Zərgərlinin planına uyğun olaraq Hüseyn Əzizoğlu Pərvinlə mübarizə apararaq sonda Abbas Bağırovu uzaqlaşdırıb.

BAKU.WS