57,72 faiz səsə toplayan Roza Zərgərli şouda qaldı. Amma Zərgərli hədəfini açılamadan öncə, Ələkbər Yasamallının əlini maşından götürdüyü kadr  təkrar nümayiş etdirilib və o, qaydalara uyğun olaraq şounu tərk edib.

Bu səbəbdən Roza Zərgərli heç kəsi şoudan uzaqlaşdırmayıb. "Ələkbər, sənə görə, bu gün o adam dəymirəm. Amma sabahdan onun maskası yırtılacaq", - deyə əlavə edib.

***

Roza Zərgərli artıq ilk hədəfini açıladı. O, Füruzə Cəlilovanı yarışmadan uzaqlaşdıra biləcəyini açıqladı. Bununla belə o Pərvin Abıyevanın, Hüseyn Əzizoğlunun adını da siyahıya əlavə edib.
 
***

Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürətinin ilk yarış günü başlayıb.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi  “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 9 tanınmış kişi və 9 tanınmış qadının maşın uğrunda mübarizəsində ilk gizli səsvermə keçirilib.

İştirakçılar ilk olaraq müğənni Roza Zərgərlini SMS səsverməsinə çıxarıblar. 

Amma Roza Zərgərli yarışmada qalacağı təqdirdə kimi uzaqlaşdıracağını açıqlamayıb. Bununla belə o canlı efirdən əvvəl ünsiyyətdə olmadığı, az tanıdığı inxanlardan özünə qarşı neqativ hərəkət görəcəyi təqdirdə onlarla açıq mübarizə aparacağını deyib. Hətta o, Məcidin, Ələkbərin, Abbasın adını da çəıkib.

Mətanət Əliverdiyeva isə öz tərəfini seçərək Rozaya səs istəyib.

Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Cavidan Novruz (aktyor) 
2.Mətanət Əliverdiyeva (aparıcı) 
3.Ələkbər Yasamallı (meyxanaçı) 
4.Günel Hümbətova (aparıcı) 
5.Azər Axşam (aktyor) 
6.Firuzə Cəlilova (aparıcı) 
7.Məcid Hüseynov (aktyor) 

8.Aytən Səfərova (aparıcı) 
9.Hüseyn Əzizoğlu (video blogger) 
10.İlhamə Bədəlova (aparıcı) 
11.Uran (reper) 
12.Rahidə Baxıçova (müğənni) 
13.Əli Mirəliyev (müğənni) 
14.Ruhəngiz Musəvi (müğənni) 
15.Fərid Emilov - Qurd (reper) 
16.Pərvin Abıyeva (aktrisa) 
17.Abbas Bağırov (müğənni) 
18.Roza Zərgərli (müğənni)


BAKU.WS