SİZİN REKLAM BURADA!
055 213 76 73


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səudiyyə Ərəbistanında 1000-ə yaxın zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətində azərbaycanlı zəvvarların iştirak edib-etməyəcəyini açıqlayıb.

İdarədən BAKU.WS-ə bildirilib ki, Həcc ziyarətində azərbaycanlı zəvvarlar iştirak etməyəcək.

Bu il Həcc ziyarəti ləğv edildiyi üçün ölkəmizdən Səudiyyə Ərəbistanına gedən zəvvar olmayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti məhdud sayda zəvvarın iştirakı ilə avqustun 2-dək keçiriləcək.

Müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə keçiriləcək ziyarət zamanı zəvvarların Kəbəyə toxunmasına və onu öpməsinə icazə verilməyəcək.

BAKU.WS