SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, Emin Ağalarov bu barədə öz “Instagram” səhifəsində paylaşım edib. 

“Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”, - deyə Emin Ağalarov yazıb.

Leyla Əliyeva 3 iyul 1984-cü ildə anadan olub. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. İsveçrə  Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edib və hal-hazırda da həmin jurnalında baş redaktorudur. 8 may 2008-ci ildə Xocalıya ədalət kampaniyasını başlayıb. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır.

BAKU.WS
VİDEO