SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın texnologiya şirkətləri Facebook, Google və Snapchat Federal Təhqiqatlar Bürosunun (FBI) Apple ilə mübarizəsindən sonra yeni inqilabi qərar qəbul ediblər.
 
BAKU.WS-in məlumatına görə, şirkətlə fərdi təhlükəsizlik səviyyəsini artırmaq üçün hərəkətə keçib. İngiltərənin "Guardian" qəzeti iddia edir ki, internet nəhəngləri təhlükəsizlik tədbirlərini artıraraq "Apple" şikrəinə dəstəklərini göstərmək istəyirlər.
 
Facebookun sahib olduğu WhatsApp bir neçə həftə ərzində bir milyarddan çox istifadəçisinə şifrəli mesajlaşma xidməti təqdim edəcək.

Facebook-un Messenger tətbiqinə da bənzər təhlükəsizlik tədbirləri hazırlanacaq. Snapchat tətbiqi də analoji addımı atmaq niyyətindədir. Twitter-in də daxil olduğu bir qrup texnologiya şirkəti daha əvvəl görünməmiş dərəcədə qarışıq bir şifrəli mesajlaşma xidməti hazırlayır. 

Şahin Həbibov
BAKU.WS