VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünyanın tanınmış mesajlaşma proqramı Whatsapp daha bir yeniliyə imza atır.
 
BAKU.WS-in məlumatına görə, mesajlaşma proqramına görüntülü zəng funksiyası əlavə olunacaq. 

2014-ci ildə 22 milyard dollara Facebook-a satılan WhatsApp çox yaxında yeni xüsusiyyəti ilə hər kəsin diqqətini çəkəcək. Almaniyanın internet saytı "Macerkopf"un yazdığına görə, son yenilənməsi ilə WhatsApp yeni funksiyasına qovuşacaq.

Görüntülü zəng funksiyası WhatsApp 2.12.16.2 versiyası ilə istifadəçilərə təqdim ediləcək. Bununla yanaşı, WhatsApp görüntülü zəngin ilk ekran görüntülərini də paylaşıb. 
 
BAKU.WS