Azərbaycana yaz fəsli gəlib

Azərbaycana yaz fəsli daxil olub.
BAKU.WS xəbər verir ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edib. Bununla da gecə ilə gündüz bərabərləşib.
Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.
Oxşar xəbərlər
Sabah Azərbaycana qış fəsli daxil olacaq
Sabah Azərbaycana qış fəsli daxil olacaq. BAKU.WS "report"a istinadən xəbər verir ki, qış fəsli ölkəyə dekabrın 22-də Bakı vaxtı ilə saat 08.19-da qədəm qoyacaq...