Xalq artisti Aygün Kazımova son zamanlar mətbuatda adından yayılan xəbərlərə münasibəti bildirib. 
 
BAKU.WS məlumat verir ki, 106.3 FM-də danışan müğənni mətbuatda özü və qızı ilə bağlı çıxan xəbərlərin ona qarşı qara piar məqsədilə hazırlandığını deyib:
 
"Bir dəfə montaj edilmiş şəkillər yaymışdılar: Baş mənim, lüt bədən başqasının. Bu yaxınlarda o fotoları yenidən gündəmə gətirdilər. Hətta lüt rəqs edən bir qızın videosunu paylaşıb, mənim övladım olduğu iddia edildi. O görüntüyə baxan hər kəs açıq-aşkar görürdü ki, bu, İlqarə deyil. Mənə və qızıma şər atırlar. Bu yaxınlarda isə xəbər çıxacaq, hamıya qabaqcadan deyirəm. Bir qrup tərəfindən mənə qarşı tələ hazırlanır. Guya mən üzdəniraq qonşularımızla şəkil çəkdirmişəm. Demək istəyirəm ki, erməniyə güllə atan, onlarla dostluq etməz, əylənməz. Bunlara çox gülürəm. Aygün sözünün sinonimi gündəm, reklam, reytinqdir. O xəbərləri çıxaran insanları anlayıram və hallarına acıyıram".
 
BAKU.WS