VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 isti, gündüz 9-13 isti, Bakıda gecə 4-6 isti, gündüz 10-12 dərəcə isti olacaq.

Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 isti, gündüz 9-14 isti, dağlarda gecə 0-5 isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 isti olacağı gözlənilir.

BAKU.WS