Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 1005

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və yarımadada günün ikinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Ggecə 0-5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Ekol...

3 Şou-biznes 09:49 11 fevral 2016

Son xəbərlər