13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bu il Azərbaycana bahar martın 20-də qədəm qoyacaq.


Azərbaycan Milli Elmlər Akademiyasından BAKU.WS-ə verilən məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Martın 15-i Azərbaycanda axır çərşənbə, fevralın 23-ü isə ilk çərşənbədir.

BAKU.WS