VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xalq artisti Aygün Kazımova müğənni Elton Hüseynəliyevə şeir yazıb.
 
BAKU.WS məlumat verir ki, "ATV Maqazin 10larla" verilişinin "Həftənin hit mahnısı” rubrikasında müğənninin xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanı əsəbləşdirib. Sənətçi İnstaqram hesabında müğənniyə həsr etdiyi şeirini paylaşıb:
 
"Sən Eltonsan, 
Sən ton tonsan. 
Mən bilmirəm 
Sən nə...san. 
Utanmırsan?
Kişi olan Vücudundan,
O boyundan, 
Buxunundan?
Sən sevilən Sənətkara, 
Əfsanəvi sənətkarın 
Yanındaca 
Rəy bildirib, 
Donquldanıb, 
Tullanırsan. 
Şıllaq atıb 
Hoppanırsan. 
Söz atırsan. 
Axı niyə? 
Axı kimə? 
Zərif, incə xanımlara 
Qısqanırsan, 
Olmaya sən 
Elton Consan???". 
 
Daha sonra xalq artisti bunları yazıb:
 
"Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!". 
 

BAKU.WS