Tanınmış müğənni, əməkdar artist Elza Seyidcahan  yeni şeir yazıb.
 
BAKU.WS məlumat verir ki,  müğənni şeiri İnstaqram hesabında paylaşıb. Şeiri İlhamə Quliyevaya cavab olaraq yazdığı bildirilir.
 
BAKU.WS Elza Seyidcahanın "Şərə böhtana yox deyək!" adlı yeni şeirini təqdim edir. 

"Sənə nədir?
Şəxsiyyətim nədir?
Varlığım nədir?
Külliyətim, şanlığım
Sənə nədir?
Mülkiyyətim, hüriyyətim
Bir aləmdir, bir dənədir.
Cənnətimin sərvətidir.
Bir tənədir, təntənədir.
Cəhənnəmdir.
Sənə nədir?
Get özünə qaz bir qəbir,
Versin bizə Allah səbr.
Biabır oldun sən ee, bəsdir!
Uzaqlardan gələn səsdir
qulağına?
Cingildəyən ah nalədir,
Nəfəsdir!
Az onun, bunun qarşısını kəsdir
Sən bilirsən bu hansı səsdir?
Mənim yerim orda nədir?
Burda nədir?
Səltənətdir!
Yazdığım əsərlər
hamısı kəşfdir
Nədir? Nədir?
Sənə nədir?

Xatırladaq ki, ötən gün xalq artisti İlhamə Quliyeva Elza Seyidcahanın ünvanına ağır sözlər deyib:
 
"Ay balam, Elza Seyidcahan heç mənim yadıma da düşmür? Axı Elza Seyidcahan kimdir? Mən nə zaman Elzanı şantaj etmişəm? Hələ ki, məni şantaj edirlər. Ümumiyyətlə, Elza var həyatda? Mənim üçün həyatda Elza yoxdur, mənim ona yazığım gəlir. Elza canlı meyitdir. Deputat olmaq istəyirdi də. Getsin olsun. Niyə olmadı? Onun şəxsiyyəti nədir, varlığı nədir? Özündən soruşun mən onu nə zaman şantaj elədim? Mənim ona yazığım gəldi, məhkəməyə vermədim. Başından böyük çərənlədi, amma mən onu məhkəməyə vermədim". 
 
Elza Seyidcahan isə cavabında bu barədə danışmaq istəmədiyini, hər şeyi Allaha həvalə etdiyini bildirmişdi. 
 
BAKU.WS