Cəlilabadda naməlum şəxslər evləri daşlayır: Sakinlər qorxu içindədir - FOTO

27
avq
2019
12:07
Cəlilabad rayonunun Petrovka adlanan yaşayış məntəqəsində naməlum şəxslər həyətyanı evləri daşa basır, insanları qorxudurlar. BAKU.WS xəbər verir ki, bu barədə "azvision.az"a yerli sakinlər məlumat veriblər. Bildirilib ki, anoloji hadisə hər gün axşam saatlarında baş verir.Evləri daşa basan şəxsləri tapmaq mümkün olmayıb.Cəlilabad rayon sakini Qızqayıt Şükürovanın sözlərinə görə, atılan daşlar evlərin pəncərələrinin sınmasına səbəb olur. “Artıq iki ildir ki, evlərimiz naməlum şəxlər tərəfindən daşlanır. Sonuncu dəfə anoloji hal dünən gecə saatlarında baş verib”.
Q.Şükürova qeyd edib ki, Petrovkada yaşayan sakinlər hər gecəni təşviş içində keçirirlər: “Bunu kimlərin etdiyini bilmirik. Əsasən evlərin damına və pəncərələrə daş atırlar.Gecə olan kimi başlayırlar. Dünən bizim evimizi axşam saat 10-dan gecə 3-ə kimi daşladılar.Bunu edən şəxsləri heç kim tapa bilmir və daşların hansı istiqamətdən atıldığını da müəyyənləşdirə bilmirik.Qonşuların evləri növbə ilə daşlanır. Bu barədə polisə məlumat vermişik, gəlib izahat alıb gediblər.Artıq iki ildir ki, Cəlilabadın müxtəlif yerlərində Məhərrəmlik ayı ərəfəsi eyni hal yaşanır. Hamımız qorxu içindəyik, nə edəcəyimizi bilmirik”.

Qalereya
Oxşar xəbərlər
Qeyri adi hadisə: Gecələr peyda olaraq hər kəsi qorxuya salır - VİDEO
Qeyri adi hadisə Salyanın Kürsəngi kəndində baş verir. Demək olar ki, hər gün bu manyak kənd ərazisini gəzərək insanları qorxudur.Görənlər bildirir ki, uca boyu...