Mobil telefondan çox istifadə etməyin! – Alimlərdən XƏBƏRDARLIQ
 
                            
                            
                                02
                                avq
                            
                                2019
                                08:27
                            
                            
                        Əgər bir insan gündə 3 saatdan artıq davamlı olaraq smartfonda vaxt keçirirsə, onda piylənmə başlayır.BAKU.WS “medicina.az”a istinadən xəbər verir ki, təcrübə üçün tələbələr arasında müşahidə aparılıb.5 saat və daha artıq telefon istifadə edən tələbələrdə 43% daha çox piylənmə və kökəlmə problemləri başlayıb, nəinki az müddət istifadə edənlərdə.Artıq çəkidən əziyyət çəkən 25% və tam piylənmədə diaqnozu olan 5% gənclər gündə 4-5 saatdan artıq telefonda vaxt keçirənlər idi.Alimlər bildirir ki, telefonda daha çox vaxt keçirdikcə gənclər az hərəkət edir, durğunluq yaranır, eləcə də internetdə nəyəsə baxdıqda daha çox qida, şirniyyat və şirin sular qəbul edirlər.Bu zaman iştaha nəzarət etmək olmur.Alimlər həyəcan təbili çalaraq, bu gənclərin gələcəkdə təkcə piylənmədən yox, diabet, ürək xəstəlikləri, xərçəngdən əziyyət çəkəcəyini bildirir.Eləcə də hava qaralanda, gecəyarı qaranlıq otaqda telefon ekranına baxmaq maddələr mübadiləsi və beyni pozur.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Xərçəngin geniş yayılmasının səbəbi tapıldı
ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini "Canser Spektrum" adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalı...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    