Dünya tarixinə təsir edən və az tanınan inqilabçı qadınlar - FOTO
15
iyl
2019
15:24
Bu inqilabçı qadınlar haqda məlumata çox az yerdə rast gəlmək olar. Lakin onlar dünya tarixində özülərinəməxsus yerə sahibdirlər.BAKU.WS sizə tarixə öz cəsarəti ilə adını yazdıran 10 inqilabçı qadının hekayəsini təqdim edir:1. Nadejda Krupkaya
Bəziləri onu Vladimir Leninin həyat yoldaşı kimi tanıyır. Lakin Nadejda Bolşevik inqilabçısı və siyasətçi idi. O, SSRİ-də 1929-cu ildən 1939-cu ilə qədər Təhsil Nazirliyində işləyib və təhsil sahəsində bir çox işlər görüb. İnqilabdan əvvəl qitə miqyasında şifrəli yazışmalar aparan və oxuyan İskra qrupunda katibə olaraq işləyib.
İnqilabdan sonra isə həyatını işçi və kəndlilərin də istifadə edə biləcəyi kitabxanaların açılmasına və təhsil sahəsində islahatların keçirilməsinə həsr edib. 2. Constance Marievicz (Əsl adı Gore-Booth)
Sinn Fein və Fianna Fail daxilində siyasi fəlaiyyəti olan inqilabçı-milliyətçi düşüncəyə sahib hüquqşünas, eyni zamanda sosialist və İrlandiya əsilli bir İngilis olub. 1916-cı ildə baş verən Pasxa üsyanın lideri olmaqla yanaşı, İrlandiyanın müstəqilliyi uğrunda gedən mübarizələrdə fəal iştirak edib. Pasxa üsyanı zamanı geri çəkilib təslim olmazdan əvvəl, bir ingilis əsgərini yaralayır.
Üsyandan sonra həbs cəzası verilən 70 nəfərin arasında tək qadın o olub. Ölüm cəzası alsa da, lakin qadın olduğu üçün bağışlandı. İddia edilir ki, ölüm cəzası zamanı "Mən yazıq qadınam, məni vura bilmərsiniz" deyə, yalvarır. Ancaq əsl ifadəsi məhkəmə sənədlərində də qeyd edildiyi kimi "Sizlər məni öldürəcək qədər dürüst ola biləydiniz kaş ki" kimidir. Constance dünyanın ilk qadın naziri olub (İrlandiya Əmək Nazirliyi). 3. Petra Herrera
Meksika inqilabı zamanı "soldaderas" deyə tanınan qadın əsgərlər tez-tez təcavüzə məruz qalmaqlarına baxmayaraq, müharibəyə gedirdilər. İçlərində ən məşhuru cinsiyyətini gizlədən Petra Herrera "Pedro Herrera" adı ilə döyüşürdü. O, bu adla uzun müddət liderlik edib və körpüləri havaya uçururdu.
1914-cü il mayın 30-da İkinci Torreon döyüşündə 400 qadınla bir yerdə döyüşüb və şöhrət qazanıb. Lakin Pancho Villa bu uğuru bir qadının adına yazmaq istəyib və onun haqda generala heç nə deməyib. Petra bundan sonra onun ordusunu tərk edib və ancaq qadınlardan ibarət öz ordusunu qurub. 4. Nyuanyeruya
İqbo qəbiləsinə məxsus Nigeriyalı Nyuanyeruya Qərbi Afrikanın müstəmləkəçilik dönəmində İngilis hakimiyyətinə qarşı savaşan və qısa müddətli müharibəni başladan qadındır. 18 noyabr 1929-cu ildə insanları vergi yığmaq üçün sayan dövlət məmuru Mark Emereuyunun ona "Keçiləri, qoyunları və insanları sayacaqsan" deməsinə etiraz etdi.
Bu söz dövlətin ondan vergi tələb etməsi mənasına gəlirdi (qaydalara görə, qadınlar vergi ödəmirdi). Nyuanyeruya məsələni o biri qadınlara da danışdı və iki ay davam edən "Qadınların savaşı" olaraq adlandırılan etirazlar başladı. Bölgənin hər yerindən 25 min qadının iştirak etdiyi üsyan zamanı onlar ingilislərin onların üzərində olan sərhədsiz hakimiyyətinə və yeni çıxarılan vergi qaydalarına etiraz etdilər. Nəticədə qadınların vəziyyəti yaxşılaşdı, bir çox ingilis məmuru işdən çıxdı və İngilislər yeni vergi planını ləğv etdi. 5. Lakşmi Sehgallakshmi
Xalq arasında "Komandir Lakmi" olaraq tanınan Lakşmi Sehgal Hindistan azadlıq hərakatı inqilabçılarından biri olub. Hindistan Milli ordusunda xidmət edib və daha sonra Azad Hindistan Hökumətində Qadın Nazirliyində nazir vəzifəsində çalışıb. 1940-cı illərdə Hindistanın ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparan qadınlardan ibarət "Jhansi Kraliçası" alayının komandiri idi.
"Jhansi Kraliçası" alayı İkinci Dünya Müharibəsinə qoşulan ordular arasında yalnız qadınlardan ibarət az saylı ordulardan biri idi və adını da başqa məşhur 1857-ci il Hind üsyanın öndə gedən inqilabçılarından olan Rani Lakşmibainin adından götürüb. 6. Sophie Schollsophie
Alman inqlabçısı Sophie Scholl adsız bukletlər və divar yazıları ilə Hitler rejiminə qarşı dirənən, passiv anti-nasist mübarizə aparan "Bəyaz Gül"ün qurucularından biridir. 1943-ü ilin fevral ayında Scholl və qrup üzvləri Münhin Universitetində buklet payladıqları zaman həbs olunur və gilyotinlə edam cəzası alır.
Eyni ildə Münhin Universiteti Tələbə Manifesti başlığı ilə həmin bukletlərin milyonlarla surəti Almaniyanın üzərində uçan müttəfiq təyyarələr tərəfindən havadan yerə dağıdıldı. 7. Blanca Canales
Blanka Kanales Porto Riko Milliyətçi partiyasının qadın qolları olan Azadlığın Qızları təşkilatının yaranmasına kömək edən Porto Rikolu milliyətçi idi. Tarixdə Birləşmiş Millətlərə qarşı baş verən Jayuya qiyamının liderlərindən biri olub. 1950-ci il oktyabırın 30-da Blanka və silahdaşları Blancanın evində gizlətdiyi silahları götürüb, Jayuya kəndinə girir və polis idarəsini ələ keçirə bilir.
Tıkaç Qanuna qarşılıq olaraq poçt mərkəzini dağıdıb, telefon xətlərini kəsdi və mərkəzə Porto Riko bayrağını asdılar. ABŞ prezidenti hərbi vəziyyət elan etdi. Kəndə qurudan və dənizdən silahlı hücumlar başladı. 3 gün mübarizə aparan milliyətçilər ömrlük həbsə məhkum oldu.8. Celia Sanchez
Fidel Castro və Che Guevaranı çox adam tanıyır. Celia Sanchez adını isə eşidənlər azdır. Sanchez Kuba inqilbının mərkəzində olan qadındır və hətta bəzi mənbələrdə qərarların onun tərəfindən verildiyi deyilir. 1950-ci ildə martın 10-u baş tutan çevrilişdən sonra Celia Batista hökumətinə qarşı aparılan mübarizəyə qoşulub.
26 İyul Hərəkatının qurucusu, inqilab zamanı münaqişə birliklərinə liderlik edib və nəzarəti üzərinə götürüb, hətta Batista hökumətinin devrilməsi üçün Meksikadan Kubaya 82 döyüşçünü aparan "Granma hasilatı"nın da təşkilatçılığını o edir. Celia inqilabdan sonra Castro ölənə qədər onunla qalmağa davam edir. 9. Kathleen Neal Cleaver
Kathleen Neal Cleaver Qara Pantera Partiyasının qərar qəbul edən ilk qadın zvlərindən biri olub. O həm də, Partiyanın mətbuat katibi və spiker idi. Neal eyni zamanada partiyanın həbsdə olan üzvü Huey Netvonun azad olması üçün aparılan beynəlxalq kompaniyanın tərtipçisi olub. 10. Esma Mahfuz
Esma Mahfuz çağdaşımız olan inqilabçıdır. Mahfuz 2011-ci ilin yanvar ayında "Tahrir Meydanı"nda Misirdə baş verən üsyanı tətikləyən etiraz çağırışı ilə tanınır. Mahfuz "Misir İnqilabı"nın liderlərindən biri olaraq qəbul edilir. Lalə Ramizqızı
Oxşar xəbərlər
Bakıdakı bu məktəblər ləğv olunacaq
"Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbləri ləğv olunacaq".Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri...