SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan və Ukraynanın Milli Televiziya və Radio şuraları arasında əldə olunmuş razılaşmanın icrasına uyğun olaraq Ukraynanın UA/TV telekanalının yanvarın 19-dan Azərbaycan ərazisində yayımına başlanılıb.
 
BAKU.WS-in Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, müvafiq olaraq Azərbaycan Dövlət Televiziyası da Ukrayna ərazisində yayımlanacaq.
 
"Bu vacib bir hadisədir. Çünki Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Ukraynadakı hadisələri azərbaycanlılar birbaşa Ukrayna kanalı vasitəsi ilə izləyə biləcəklər. Hazırda yayım Azərbaycanın əsas kabel televiziyalarından olan «KATV1» vasitəsi ilə həyata keçirilir. Yaxın günlərdə kanalın  «ATV +», «BBTV», «Connect», «Aile TV» kimi operatorlar vasitəsi ilə yayımı gözlənilir”, -  deyə səfirliyin açıqlamasında bildirirlir.

BAKU.WS