13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy "donuz qripi"nə tutulub.
 
BAKU.WS məlumat verir ki, bu haqda jurnalistlərə açıqlamasında "Gaziosmanpaşa Avrupa Özel Şafak2 xəstəxanasının baş həkimi Bülent Şahin deyib. Həkim bildirib ki, müğənni özünü pis hiss etdiyi üçün xəstəxanaya gedib. Müayinə zamanı sənətçidə donuz qripinin əlamətləri aşkar olunub:
 
"Bülent xanım qrip səbəbi ilə xəstəxanamıza gəldi. Müayinə zamanı onda donuz qripinin əlamətlərini aşkar etdik. Dərhal müalicəyə başladıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Ancaq müalicə davam edir. Ondan sonra sənətçinin anası və sürücüsü də eyni şikayətlə xəstəxanamıza müraciət etdi. Sürücünün vəziyyəti yaxşıdır, ancaq anasının vəziyyəti nisbətən ağırdır. Hələ ki, nəzarətimiz altındadırlar".

BAKU.WS