SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq bir həftədir ki, Göygöl Milli Parkına vətəndaşların girişinə icazə verilib. Rəsmi icazə veriləndən sonra ora axın başlayıb.

 

BAKU.WS-in məlumatına görə, bu barədə Mirzə Əliyev adlı şəxs öz bloqunda qeyd edib. Onun Göygöl Milli Parkından hazırladığı reportajı təqdim edirik:

"Göygöl Milli Parkına getmək mənim ən böyük arzum idi. Ora girişə məhdudiyyətin aradan qaldırılmasını eşitdən kimi ailəmə də götürüb ora yollandıq.

Qoruğa yaxın ərazidə maşınlar sıraya düzülmüşdü. Ora getmək üçün böyük tıxac yaranmışdı. Ordakılardan öyrəndik ki, içəri giriş üçün adambaşı biletin qiyməti 2 manatdır. Biletlərimizi alıb, növbəyə keçdik.

Bir müddətdən sonra növbəmiz çatdı. Başladıq qoruğa doğru getməyə. Həmin ərazidən qoruğa doğru təxminən 7 km. qət etdik. Lakin qoruğun içərisinə avtomobil buraxılmadığı üçün maşını avtodayanacaqda saxlayıb 300 metr ayaqla gedəsi olduq.

Uzaqdan Göygölün gözəl mənzərəsi görünürdü. Yolda isə gözəlliyi pozan iyrənc mənzərə yaranmışdı. Çünki yolda zibil qabları qoyulmadığı ümün ətraf çox çirkli idi. İnsanlar əllərindəki salfet, butulka, siqaret kötüyü və s. zibili yerə atırdılar.

Ərazidə istirahətə gələnlərin qalmağı üçün komalar və kafelər vardı. Meşəliyə yaxın ərazidə isə tonqal izləri vardı. Maraqlıdır, əgər indiyə qədər bura giriş üçün icazə yox idisə, bəs həmin tonqalları kimlər qalamışdılar?


Əgər ərazi qorunursa, niyə oranı təmizləmirlər? Niyə oradakı insanlara icazə verirlər ki, ətrafı zibilləsinlər. Göygölə qarpız, qovun atsınlar? 

Ərazidə qarpız qabıqları, qovunları töküblər. Bir sözlə ərazi çox bərbad gündədir.

BAKU.WS Göygöl Milli Parkının açılışından bir həftə sonrakı mənzərələri təqdim edir:


Ziya Səccad
BAKU.WS