SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün - 29 sentyabr tarixinin qoroskopunu təqdim edir:

QOÇ
- Çox da uğurlu gün deyil. Lakin günün başlanğıcında uğur qazanmaq şansınız olacaq. Müttəfiqlər və həmfikirlər tapıb çətin işlərin həllinə girişə bilərsiz. Sizə xeyir gətirəcək yeni tanışlıqlar mümkündür. İnsanlarda yaxşı təəssürat yaratmaq həmişə alınmır. Əgər səmimi olsanız bunu edə biləcəksiz. Hansısa məişət problemi üzündən planlarınızı dəyişəmək məcburiyyətində qala bilərsiz.

BUĞA - Başqa insanları çox gözəl başa düşürsüz. İnsanların sizdən gizlətmək istədiklərini anlayırsız. İşgüzar danışıqlar aparmaq, mühüm məsələləri müzakirəsi üçün yaxşı gündür.  Nüfuzlu insanın dəstəyindən yararlanmaq və çoxdan düşündüyünüzü reallaşdırmaq şansı əldə edəcəksiz. Ailə işlərinə zaman ayıdır. Qohumlarınızın sizə kömək üçün müraciət edəcəyi istisna deyil. 

ƏKİZLƏR - Yeni biliklərin əldə edilməsi üçün yaxşı gündür. Çevrənizdə olan insanlardan birinin təcrübəsindən yararlana bilərsiz; ona müraciət etməyə çəkinməyin. İşgüzar müstəvidə yeni perspektivlər açılacaq. Sərfəli şərtlərlə əməkdaşlıq istisna edilmir. Yaxınlarınıza verdiyinizi sözü yerinə yetirməyə çalışın, yoxsa inciklikdən qaçmaq çətin olacaq. 

XƏRÇƏNG - Məhsuldar gündür. Enerjinizin və gücünüzün aşıb-daşdığını hiss edirsiz və necə uğur qazana biləcəyinizi də bilirsiz. İntiusiyanızın səsini dinləsəniz işdə yaranacaq problemlərdən qaça və düzgün qərar verə bilərsiz. Gözləmədiyiniz insanlardan dəstək alacaqsız. Rəqiblərinizi ən etibarlı müttəfiqinizə çevrilə bilər. İşgüzar məsələləri yerinə qoyduqdan sonra ailə problemlərinin həlli ilə məşğul olun.

ŞİR - Çətinlik və anlaşılmazlıq yarana bilər. Hər şey sizin istədiyiniz kimi getməyəcək. Ən yaxşısı tələsməyin. İşdə və evdə fikir ayrılığı istisna deyil, kompromisə getmək asan olmayacaq. Pozitiv tendesiyalar mərhələ ilə güclənəcək, ulduzların dəstəyini hiss edəcəksiz. Maraqlarınızı bölüşən dost və həmkarlarla ünsiyyət üçün yaxşı alınacaq. Köhnə dostlar yada düşəcək, onlarla görüş mümkündür.

QIZ - Yetərincə çətin gündür. Vacib qərar qarşısında qalacaqsız. Yaranmış vəziyyəti öyrənmək üçün diqqətinizi cəmləyib düşünməlisiz. Lakin buna vaxtınız çatmayacaq. İşdə intuisiyanıza güvənə bilərsiz, sizi aldatmayacaq. Lakin şəxsi münasibətlərdə heç də hər şey qaydasında olmayacaq. Burada vəziyyəti düzgün dəyərləndirməlisiz. İstənilən halda, qərar verməyə tələsməyin.

TƏRƏZİ - İş baxımından o qədər də uğurlu gün deyil. Əvvəlcədən planlaşdırdığınız işlərdə ləngimələr ola bilər. Etibar etdiyiniz insanlar sizi məyus edə bilər. Yeni müttəfiklər tapa bilərsiz. Siz ideya və planlarınızla insanları həmişə maraqlandırırsız. İstisna deyil ki, yeni başlamış işgüzar əlaqə tezliklə romantik xarakter alsın. Yeni tanışlıqlar xoşagələn olacaq. Siz insanlarla bağlı səhv etmirsiz, bir neçə dəqiqə içində qarşınızdakı barədə düzgün təəssürat yaranır.

ƏQRƏB - Peşəkar nöqteyi-nəzərdən uğurlu gündür. İşdə böyük uğurlar əldə edə biləcəksiz. Bu gün çox işdə bəxtiniz gətirəcək, hadisələr sizin xeyrinizə inkişaf edəcək. Sizdən sadəcə zamanında lazımlı yerdə olmaq tələb olunur. Yaxşı ideyalar yaranacaq. Həmfikirlərinizlə müzakirə edə bilərsiz, dəstək alacaqsız. Şəxsi həyatda romantik sürpriz və hansısa gözlənilməz xoş hadisə ehtimalı var.

OXATAN - Başgicəlləndirici uğurlarınız olmasa da, gün sizi qane edəcək. Hadisələrin gedişatı sizin xeyrinizədir. Bu gün maraqlarınızı bölüşən insanlarla görüşəcəksiz, birgə əməkdaşlıq barədə razılığa gələ bilərsiz. Hesabda olmayan kömək alacaqsız. Hətta yetərincə bilik və təcrübəniz olmasa belə, rəhbərliyin tapşırığını səhvsiz yerinə yetirəcəksiz.

OĞLAQ - Bu gün çətin və yorucu işlərlə özünüzü yormayın. Əvvəlllər hər bir işdə sizinlə razılaşan insanlarla fikir ayrılığı yarana bilər. Bu gün pozulacaq münasibətləri bərpa etmək çətin olacaq. O üzdən müzakirə və mübahisə zamanı ifadələri seçin. Mühüm məsələ barədə razılığa gəlmək asan olmayacaq. Lakin sərfəli maliyyə müqavilələri bağlaya bilərsiz.

DOLÇA - Özünüidarəni itirməyin, yalnız bu yolla uğur qazanmaq mümkündür. İşdə və evdə kiçik fikir ayrılıqları yarana bilər. Əhəmiyyətsiz məsələnin mübahisə predmetinə çevrilməsi ehtimalı böyükdür. Lakin təmkin nümayiş etdirsəniz, münaqişənin yaranmasına yol verməyəcəksiz.
Haçansa sizin üçün əhəmiyyətli və dəyərli olan insanıa gözlənilməz görüş ola bilər. Münasibətləri bərpası mümkündür.

BALIQLAR - Uğur qazanmaq üçün zəhmət çəkməlisiz. Güclüsüz, uğura gedən yolda yaranmış maneləri aşmaq sizə çətin olmayacaq. Əlaqələr və münasibətlərdə seçici olsanız, ziyan tapmazsız. Təəssüf olsun ki, bu ərəfələrdə sizin diqqətinizə və güvəninizə layiq olmayan insanlara inanmağa meyillisiz. Sizi yaxşı tanıyan insanların məsləhətlərinə qulaq asın.

BAKU.WS