VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS homo.mail.ru-ya istinadən bu günün - 20 aprelin proqnozunu təqdim edir:

QOÇ – Uğurlu gündür. Bır çox problemləri həll etmək imkanı yaranacaq və işlərinizi səhmana sala bilərsiz. Əlinizə yeni perspektivlər, mühüm işgüzar məsələləri müzakirə etmək şansı düşəcək. Qohumlarla ünsiyyət üçün əlverişlidir. Son günlər ailədə hər kəsi narahat edən problemləri həll etmək

BUĞA – Sizi uğurlu gün gözləyir. Günün birinci yarısında bəzi xoşagəlməz anlar yaranacaq, lakin bu sizi ruhdan salmasın. Günortadan sonra hər şey düzələcək. Gözlənilməz tanışlıqlar mümkündür. Romantik və dostluq münasibətlərin başlanğıcı mümkündür.

ƏKİZLƏR – Siz bu günü çox da yaxşı olmayan əhval-ruhiyyədə başlayacaqsız. Günün ilk yarısında başqalarının səhvlərini düzəltməli olacaqsız. Təkbaşına çətin işlərin öhdəsindən gəlmək məcburiyyətində qalacaqsız. Gözləmədiyiniz insandan dəstək alacaqsız.

XƏRÇƏNG – Çətinliklərdən qorxmursuz. Problemlərin həllində yoxlanılmış metodlar effekt verməyə bilər, amma siz yeni üsul tapıb istədiyiniz nəticənə əldə edəcəksiz. Doğma insanlarla dil tapmaq asan olacaq.

ŞİR – Bu gün özünüzün deyil, özgələrinin işlərinə zaman ayırmalı olacaqsız. Təcrübə qazanmaq, yeni insanlarla tanış olmaq imkanı olacaq. Axşam iştirak edəcəyiniz məclisdə diqqət mərkəzində olacaqsız.

QIZ - Vacib işlərlə məşğul olmaq üçün əlverişli gündür. Asanlıqla köməkçilər və tərəfdaşlar tapacaqsınız. İşdə mövqeyinizi möhkəmlətmək imkanı yaranacaq. Mühüm sənədləri rəsmiləşdirməyi bacaracaqsız.

TƏRƏZİ – Tarazlığı qorumaq asan olmayacaq. Bir çox şeylər gözlədiyiniz kimi getmir, planları tez-tez dəyişmək sizi özünüzdən çıxara bilər. Bir tərəfdən də sevmədiyiniz şəxslərlə ünsiyyət qurmaq məcburiyyətində qalacaqsınız. Dərd etməyin, gün tezliklə bitəcək.

ƏQRƏB – Günün birinci yarısında uğur qazanmaq asan olmayacaq. Ancaq vəziyyət tezliklə düzələcək və böyük uğurlar qazanmaq şansı yaranacaq. Maddi vəziyyəti yaxşılaşdıra biləcəksiz.

OXATAN - Bu gün insanlarla dil tapmaq bacarığını işə salmalı olacaqsız. Tərəfdaşlarınızın köməyilə istənilən köhnə və yeni problemləri həll edəcəksiz. Hansısa maraqlı tədbirə dəvət ala bilərsiz. Evdə məişət problemləri yarana bilər.

OĞLAQ – İşlərə diqqət ayırmaq asan olmayacaq. Ətrafdakılarınız öz müraciətləri və sualları ilə sizi işinizdən yayındıra biləcək.
Kiçik səfərlər vəziyyəti xeyrinizə dəyişəcək. Bir çox oğlaqlar evdən uzaqda ilham mənbəyi tapacaq və ya maraqlı tanışlıqlar olacaq.

DOLÇA – Çox şey öyrənmək imkanı qazanacaqsız. Siz detallara diqqətlisiz, nəyin vacib, nəyin önəmsiz olduğunu tez anlayırsız. Ətrafdakılar maraqlı məlumatları həvəslə sizinlə bölüşürlər. Ümumiyyəətlə, sizi şən gün gözləyir. Yaxınlarla ünsiyyət üçün yaxşı gündür. Gələcəklə bağlı planlar qura bilərsiz.

BALIQLAR – Ətrafdakılar sizi özünüzdən çıxara bilərlər. Təmkininizi qoruyun. Şəxsi və iş həyatınızla bağlı mühüm qərarlar vermək məcburiyyətində qala bilərsiz. Bunu tələsik etməyin. Vəziyyətin müsbət və mənfi tərəflərini yaxşıca araşdırın. Köhnə dostlarınızı yad edin. Dostlarla maraqlı görüş gözlənilir.

BAKU.WS