SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün - 15 sentyabr tarixinin ulduz falını təqdim edir:

Qoç - Aldanılma ehtimalı var. Sizə təsir etmək istəyirlər. Boş vədlərə aldanmayın. İntuisiyanıza güvənə bilərsiniz. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Buğa - Maliyyə qayğılarınız artacaq. Köhnə dostların köməyindən və məsləhətindən yararlanın. Gün kollektiv fəaliyyət üçün əlverişlidir, birgə layihəyə başlayın. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var, onu diqqətlə dinləyin, yardım edin. Axşam saatlarında yaxın məsafəyə səfər edə bilərsiz.

Əkizlər - Gərgin gündür. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Ehtiyatlı davranın. Əməyiniz gözlədiyiniz nəticəni verməzsə, bədbinləşməyin. Uğursuzluqlarınız müvəqqətidir.

Xərçəng - Çətin gündür. Özünüz bir yana, kənar şəxslərin problemlərini həll etmək məcburiyyətində qalacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Prinsiplərinizə xəyanət etməyin. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır.

Şir - Vəziyyət planlarınızda ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemlərin həllini təxirə salmayın. Dost və ya qohumların yardımından istifadə etsəniz, ən ciddi sədləri dəf edə bilərsiniz. Axşam saatlarında gələcəyinizə ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.

Qız - Uğurlu gündür. Gün başlanandan yaxşı nəticələr əldə edəcəksiz. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək. birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir. 

Tərəzi - Əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerjiniz yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın. Eyni zamanda önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi alqışlayacaqlar.

Əqrəb - Hadisələr sizdə çaşqınlıq yaradacaq. Baş verənləri yanlış anlayırsız. Hadisələri olduğu kimi qəbul edin. Ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın.

Oxatan - Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun. Yeni əlaqələrin yaxşı perspektivləri var. Əyləncə və ya istirahəti bir qədər təxirə salıb. Sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. 

Oğlaq - Enerjilisiz. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Həftə sonunu nəzərə alıb, iki günlük istirahət planlaya bilərsiz. 

Dolça - Gərgin gündür. Mövcud problemlər həllini tələb edir. Əyləncə və istirahəti unudub, problemlərin həll yolunu tapın. Bu gün yaxınlarınızdan biri sizi uğurları ilə sevindirəcək. Belə ki, onun tutduğu mövqe sizi də yuxarı qaldıracaq. Axşam saatları sakit keçəcək. Sadəcə verdiyiniz vədləri, öhdəlikləri unutmayın.

Balıqlar - Darıxdırıcı gündür. Günü rəngarəng etmək cəhdiniz uğursuz alınacaq. Yalnız axşam saatları əhval-ruhiyyəniz yüksələcək. Yeni tanışlıqlar gözlənilir. Bu tanışlıqlar sizə ruh verəcək. Müstəqilliyə can atırsız. Azadlıq istəyirsinizsə, heç kimin maraqlarını nəzərə almamalısız.

BAKU.WS