SİZİN REKLAM BURADA!
055 213 76 73


Superliqa komandalarından "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl istefa verib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Superliqa komandalarından olan "Hatayspor" liqada keçirdiyi son 10 matçda 7 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə qazanıb və nəticədə aşağı liqaya düşüb.

İstədiyi nəticəni əldə edə bilməyən Dəmirəl istefa vermək qərarına gəlib.

O, istefa ərizəsini rəhbərliyə təqdim edib.

Superliqaya 4 həftə qalmış 33 xalı olan "Hatayspor" 18-ci pillədə yer alıb.

Son 4 həftədə "Hatayspor" səfərdə "Qaziantep FK" və "Beşiktaş", evdə isə "Ankaragücü" və "Çaykur Rizəspor"la qarşılaşacaq.

BAKU.WS