SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.

Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.

Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.

Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.

***23:29

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

“Beşiktaş” stadionunda baş tutan qarşılaşmada yenə ev sahibləri fərqləniblər.

71-ci dəqiqədə Cekson Muleka komandasını hesabda önə keçirib - 2:1.

***23:14

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

“Beşiktaş” stadionunda baş tutan qarşılaşmada bu dəfə ev sahibləri fərqləniblər.

57-ci dəqiqədə Vensan Abubakar hesabı bərabərləşdirib - 1:1.

***23:03

Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Beşiktaş” - “Neftçi” oyununda ikinci hissə start götürüb.

İlk hissədən sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə öndədir.

***22:47

İstanbulda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“Beşiktaş” stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

***22:37

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“Beşiktaş” stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 36-cı dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov olub.

***22:00

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“Beşiktaş” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Qarşılaşmanı avstriyalı hakim Yulian Veynberger idarə edir.

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.

***21:07

Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Beşiktaş" və "Neftçi"nin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Beşiktaş”: 34. Mert Günok (k), 24. Valentin Rosye, 20. Necip Uysal, 12. Daniel Emerti, 77. Umut Meraş, 71. Cin Onana, 83. Gedson Fernandeş, 21. Dəmir Tıknaz, 7. Ante Rebiç, 90. Semih Kılıçsoy, 40. Cekson Muleka,

"Neftçi": 1. İvan Brkiç, 99. Ervin Koffi, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 23. Ataa Caber, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 11. Kilan Lebon, 9. Andre Şinyaşiki, 5. Aaron Olanare

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matçda "Neftçi" 1:3 hesabı ilə məğlub olub.

BAKU.WS