SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib.

Bakılılar “Neftçi Arena” adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar.

Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.

“Beşiktaş” fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb.

79-cu dəqiqədə isə “Neftçi” qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və “Neftçi” Bakıda “Beşiktaş”a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.

***22:38

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

“Neftçi Arena”da baş tutan qarşılaşmada bu dəfə Azərbaycan təmsilçisi fərqlənib.

79-cu dəqiqədə Kilan Lebon hesab arasındakı fərqi azaldıb - 1:3

***22:20

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

“Neftçi Arena”da baş tutan qarşılaşmada qonaq komanda 3-cü dəfə fərqlənib.

62-ci dəqiqədə Salih Uçan hesabı komandasının xeyrinə 3:0-a çatdırıb.

***22:05

Bakıda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

“Neftçi Arena”da baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 0:2 hesabı ilə geridədir.

***21:47

Bakıda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

“Neftçi Arena”da baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:2 hesabı ilə geridə yollanıb.

***21:24

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

“Neftçi Arena”da baş tutan qarşılaşmada yenə qonaqlar rəqibi məyus ediblər.

23-cü dəqiqədə Cekson Muleka hesabı komandasının xeyrinə 2:0-a çatdırıb.

***21:15

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

“Neftçi Arena”da baş tutan qarşılaşmada ilk qolun müəllifi 14-cü dəqiqədə “Beşiktaş”ın futbolçusu Vensan Abubakar olub.

***21:02

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

“Neftçi Arena”da oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı isveçrəli hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandalar arasında İstanbuldakı cavab görüşü avqustun 17-də keçiriləcək.

***20:02

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Neftçi” və “Beşiktaş” klublarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi” (Azərbaycan): 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 21. İsmayıl Zülfüqarlı, 19. Azər Salahlı, 23. Ataa Caber, 27. Fərid Yusifli, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 11. Kilan Lebon, 9. Andre Şinyaşiki

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 25. Aaron Olanare, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 99. Ervin Koffi

Baş məşqçi: Adrian Mutu

“Beşiktaş” (Türkiyə): 34. Mert Günok (k), 6. Omar Kolli, 12. Daniel Emerti, 77. Umut Meraş, 24. Valentin Rosye, 19. Amir Haciahmetoviç, 83. Gedson Fernandeş, 8. Salih Uçan, 40. Cekson Muleka, 4. Onur Bulut, 10. Vensan Abubakar

Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 7. Ante Rebiç, 17. Kərəm Kesgin, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 90. Semih Kılıçsoy, 99. Emrecan Bulut

Baş məşqçi: Şenol Günəş

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

BAKU.WS