SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK və “Qarabağ” qarşılaşmasında təmsilçimiz qalib gəlib.

2:1 hesablı qələbə ilə Azərbaycan çempionu UEFA Avropa Liqasında növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

***21:20

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Azərbaycan təmsilçisi hesabda önə keçib - 2:1.

55-ci dəqiqədə Yassin Benzia fərqlənib.

***21:10

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Hazırda hesab bərabərdir - 1:1.

11-ci dəqiqədə meydan sahiblərinin üzvü Santeri Hostikka fərqlənib, 45+4-cü dəqiqədə isə Toral Bayramov penaltidən tarazlığı bərpa edib.

***20:49

"Qarabağ" Finlandiyada HİK-ə qarşı keçirdiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib.

Toral Bayramov 45+4-cü dəqiqədə tarazlığı bərpa edib.

Cinah oyunçusu penaltini dəqiq yerinə yetirib.

***20:22

HİK komandası Finlandiyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda azlıqda qalıb.

"Report"un məlumatına görə, rəqibin heyətində Kevin Kuassivi-Benissan ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Meydan sahibləri hazırda 1:0 hesabı ilə öndədir.

***20:11

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

10-cu dəqiqədə S.Hostikka fərqlənib.

***20:00

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü Fransadan olan FİFA referisi Villi Delajod idarə edir. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

***19:00

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək HİK və "Qarabağ"ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,

Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,

Baş məşqçi: Toni Korkeakunnas

Qeyd edək ki, "Bolt Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

BAKU.WS