SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, “Neftçi”ni önə keçirib. 68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb və qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.

***22:32

“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada yenə Azərbaycan təmsilçisi rəqibi məyus edib.

68-ci dəqiqədə Eddi İsrafilov başla hesabı 2:0-a çatdırıb.

***22:10

Bakıda “Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə öndədir.

***21:53

Bakıda “Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

***21:21

“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 20-ci dəqiqədə ev sahiblərinin futbolçusu Kenni Sayef olub - 1:0.

***21:00

“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

8-ci km qəsəbə stadionunda oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı macarıstanlı baş hakim Balaş Berke idarə edir.

Qeyd edək ki, komandalar arasında Sarayevoda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb.

***20:18

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və “Jelezniçar”ın start heyətləri bəlli olub.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi” (Azərbaycan): 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi

Baş məşqçi: Adrian Mutu

“Jelezniçar” (Bosniya və Herseqovina): 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç

Ehtiyat oyunçular: 1. Aydin Mulaliç, 3. Amar Musiç, 11. Hamza Qasal, 17. Andriya Drlio, 21. Nikola Turancanin, 23. Omar Beka, 26. Yosep Amoa, 30. Drazen Dubaçkiç

Baş məşqçi: Nermin Başiç

Qeyd edək ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

BAKU.WS