SİZİN REKLAM BURADA!
055 213 76 73


"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu meydan sahibləri vurublar. 12-ci dəqiqədə Cenan Haraçiç komandasını önə keçirib. Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 10-cu dəqiqədə Cozef Amoanın qoluna mane ola bilməyən bakılılar yenidən məğlub duruma düşüblər. Buna baxmayaraq, 90+5-ci dəqiqədə Rəhman Hacıyev əla zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.

***00:22

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra "ağ-qaralar" rəqibinə 1:2 hesabı ilə uduzur.

***2023-07-27 23:47

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Kilan Lebonun qolu ilə hesabı bərabərləşdirib.

***23:22

Bosniya və Herseqovinada "Jelezniçar" və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

12-ci dəqiqədə fərqlənən Cenan Haraçiç meydan sahiblərini önə keçirib - 1:0

***23:05

Bosniya və Herseqovinada "Jelezniçar" və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Qrbavitsa" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Görüşü estoniyalı FIFA referisi Yuri Frişer idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

BAKU.WS