SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Sabah" II raundda Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

"Neftçi" II təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Nəhayət, "Qəbələ" Kipr "Omoniya"sını məğlub etsə, III raundda "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.

***11:25

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, püşkatma öncəsi “Sabah”, “Neftçi” və “Qəbələ”nin mümkün rəqibləri 4-ə enib.

“Sabah” II raund səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.

“Neftçi”nin III raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütləri və “Alkmaar”dır (Niderland).

“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Bu mərhələnin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

***09:19

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşəcək.

Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.

Əsas yolda 27, Çempionlar Yolunda isə 5 cütlük bəlli olacaq.

Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.

BAKU.WS