SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

Afterşoklar davam edir.

***19:30

Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir: “Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik”.

***18:53

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.

Məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 3-5 bala qədər hiss olunub.

***17:32

Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, ZəlzələlərinTədqiqatı Bürosu məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub.

Yeraltı təkanlar 18km dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunub.

BAKU.WS
VİDEO