SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş ingilis futbolçu Devid Bekhem şəxsi brendinin saxta versiyasını yaradanlara qarşı 1 milyard funt-sterlinq dəyərində hüquqi prosedur başladıb.
BAKU.WS xəbər verir ki, 59 yaşlı ulduz geyim, parfüm, aksessuar və günəş eynəyi kimi əşyalara şəxsi adını verərək öz markasını yaradıb.

Hazırda isə Asiya ölkələri də daxil olmaqla, bir çox dövlətlərdə onlayn satış səhifələri Bekhemin brendinin saxtasını yaradaraq satmağa başlayıb.
"The Sun" qəzetinin yaydığı məlumata əsasən, keçmiş futbolçu bu proseduru qazansa 492 saxtakar satıcıdan ümumilikdə 1 milyard funt-sterlinq alacaq.
Xatırladaq ki, ötən ay Bekhem 240 milyon funt-sterlinq tələbi ilə başlatdığı hüquqi prosesi qazanmışdı. 

BAKU.WS